"Leyla ilə Məcnun" serialı ekranlara qayıdır

"Leyla ilə Məcnun" serialı ekranlara qayıdır
18 may 2021
# 17:09

Türkiyənin məşhur “Leyla ilə Məcnun” serialının davamı çəkiləcək.

Kulis.az xəbər verir ki, bunu serialın əsas aktyorlarından olan Ahmet Mümtaz Taylan qonaq olduğu “Benim İstanbulum” verilişində deyib.

O, filmin rejissoru Onur Ünlünün artıq çəkilişlərin vaxtını müəyyənləşdirdiyini deyib. Aktyor həmçinin bildirib ki, serialda yenə həmin aktyorlar, yəni köhnə heyət çəkiləcək.

Qeyd edək ki, serial rejissor Onur Ünlü və ssenarist Burak Aksakın iş birliyi ilə ərsəyə gələcək.

# 3231 dəfə oxunub

Müəllifin son yazıları

# # #