Azərbaycanla Özbəkistan arasında kino sahəsində əməkdaşlıq müzakirə olundu

Azərbaycanla Özbəkistan arasında kino sahəsində əməkdaşlıq müzakirə olundu
30 mart 2023
# 12:00

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Özbəkistanın Kinematoqrafiya Agentliyində olub və Agentliyin rəhbəri Firdavs Abduhalikovla görüşüb.

Kulis.az xəbər verir ki, görüşdə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun Daşkənd filialının direktoru Eldor Yuldashev, Agentlik yanında Beynəlxalq münasibətlər şöbəsinin müdiri Sayera Xudayberdiyeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, səfirliyin birinci katibi Samir Abbasov və başqa qonaqlar iştirak ediblər.

Görüş zamanı Azərbaycanla Özbəkistan arasında kino sahəsində əməkdaşlıq, iki ölkə kinematoqrafçılarının birgə film layihəsinin reallaşdırılması, təcrübə mübadiləsi, hər il Özbəkistanda keçirilən ənənəvi “İpək yolunun incisi” adlı Daşkənd Beynəlxalq Kino Festivalında Azərbaycan tərəfinin daha geniş təmsil olunması müzakirə olunub.

Görüşdə Özbəkistanın Kinematoqrafiya Agentliyinin baş direktoru Firdavs Abduhalikov Azərbaycanla kino sahəsində əməkdaşlığa daim böyük önəm verdiklərini qeyd edərək, Özbəkistanda kino sahəsində həyata keçirilən işlər və islahatlardan danışıb.

# 1079 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #