Azərbaycan filmi Polşada beynəlxalq festivalda yarışacaq

“Sonuncu” sənədli filmi

“Sonuncu” sənədli filmi

21 oktyabr 2021
# 18:55

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” Studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi 29-cu “ENERGACamerimage” Beynəlxalq Film Festivalının qısametrajlı sənədli filmlər üzrə müsabiqə bölməsində yarışacaq.

“Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, festival bu ilin 13-20 noyabr tarixlərində Polşa Respublikasının Torun şəhərində keçiriləcək.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş təsvir rejissoru Mateuş Çuxnovskidir.

Qeyd edək ki, “Sonuncu” bu il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, müxtəlif ölkələrin mühim film festivallarında iştirak edib. Eyni zamanda Bosniya-Hersoqovinada keçirilən 15-ci Jahorina Film Festivalında isə “Ən Yaxşı Sənədli Film” nominasiyası üzrə “Golden Maple” (Qızıl Ağcaqayın) mükafatına layiq görülüb.

# 4333 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #