“Atropatena” filminin çəkilişinə hazırlıq gedir

“Atropatena” filminin çəkilişinə hazırlıq gedir
17 sentyabr 2025
# 15:15

“Atropatena” filminin çəkilişlərinə hazırlıq başlayıb. 55-60 dəqiqəlik bədii-sənədli film “Kaspian Media Group” tərəfindən istehsal olunur.

Kulis.az xəbər verir ki, ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə çəkilir.

Filmin quruluşçu rejissoru Elmar Bayramov, ssenari müəllifi Nicat Dadaşov, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Səbuhi Atababayev, geyim üzrə rəssamı Vüsal Rahimdir. Filmin bəstəkarı hələ açıqlanmayıb.

Filmdə baş rolda Rüstəm Cəbrayılov çıxış edəcək. Digər rollarda isə Duyğu Dəvəli, Səmimi Fərhad, Manaf Dadaşov, Vidadi Həsənov, Rumiyə Ağayeva, Corc Qafarov və başqaları yer alacaqlar.

Qeyd edək ki, layihənin baş prodüseri Hüseyn Cavadzadə, icraçı prodüseri Azər Həsənov, döyüş xoreoqrafiyası üzrə mütəxəssis isə Sain Fərhaddır.

# 122 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər