“Apokalipsis” filmi ilə tanınan meksikalı aktyor Xerar do Tarasena vəfat edib.
Kulis/az.az xəbər verir ki, 55 yaşlı aktyorun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, aktyor “Qorxu gölü: Mövcudluq”, “Skripka”, “Adsız”, “Azadlığın səsi” kimi filmlərdə yaddaqalan obrazlar canlandırıb.