Azərbaycan Kinematoqrafçılar İttifaqı “Mən qadınam” adlı tammetrajlı bədii film ssenari müsabiqəsi elan edir.
Kulis.az ssenari müsabiqəsinin şərtlərini təqdim edir:
– ssenarinin baş qəhrəmanı qadın olmalıdır.
– ssenaridəki hadisələr müasir zamanda baş verməlidir (1990-2024)
– müsabiqəyə göndərilən ssenarilərə janr məhdudiyyəti qoyulmur.
– müsabiqəyə göndərilən ssenarilərin metrajı 52 dəqiqədən çox olmalıdır.
– ssenarinin titul vərəqi olmalıdır (mərkəzdə ssenarinin adı, müəllifin adı və soyadı, sağ aşağı küncdə email adresi, əlaqə üçün telefon nömrəsi).
– ssenarilər ancaq bədii film formatında olmalıdır (animasiya, sənədli film qəbul olunmur).
– qəbul müddəti keçdikdən sonra ssenarilər qəbul olunmur.
– müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdır.
– Əvvəlki müsabiqələrdə qalib olan tammetrajlı ssenarilər müsabiqəyə qəbul olunmur.
– Müsabiqədə iştirak üçün tammetrajlı bədii filmin ssenarisi, (şrift: Courier New, ölçü: 12) müəllif haqqında məlumatla (filmoqrafiya (əgər varsa), təvəllüd, iş yeri, ali təhsil) birlikdə elektron variantda [email protected] elektron poçt ünvanına “Mən qadınam” başlığı ilə göndərilməli və çap olunmuş variantda (2 nüsxə) Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə (Bülbül prospekti 30, ikinci mərtəbə, 207-ci otaq) təqdim edilməlidir. Bir müəllif maksimum iki ədəbi ssenari təqdim edə bilər.
Ssenarilər 15 dekabr 2024-ci il tarixindən – 15 aprel 2025-ci ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqına təqdim edilməlidir.
Qaliblərin adı 2 avqust 2025-ci il tarixində elan olunacaq.
Qaliblər (I, II, III yerlər, pul mükafatı 5000 AZN, 3500 AZN, 2500 AZN) diplom və pul mükafatı ilə təltif ediləcəklər.