Türk aktyor vəfat etdi

Türk aktyor vəfat etdi
2 iyul 2021
# 10:29

Türkiyəli rejissor, ssenarist və aktyor Kartal Tibet 83 yaşında vəfat edib.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə aktyor Civan Canova “Instagram”da bildirib.

Qeyd edək ki, Kartal Tibet 1938-ci ildə Ankarada dünyaya gəlib. K. Tibet Ankara Universiteti Dövlət Konservatoriyasının teatr fakültəsindən məzun olub. O, 200-ə yaxın filmlə Türkiyə kinosuna töhfə verib. K. Tibet, son olaraq 2006-cı ildə “Dünyanı xilas edən adamın oğlu” və “Amerikalılar Qara dənizdə 2” adlı filmlərin rejissoru olub.

# 1732 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #