Pedro Almadovardan yeni film gəlir

Pedro Almadovardan yeni film gəlir
13 fevral 2020
# 13:33

Məşhur İspan rejissoru Pedro Almadovar yeni film çəkməyə hazırlaşır.

Kulis.az rus saytlarına istinadən xəbər verir ki, kinorejissor Pedro Almadovar amerikalı yazıçı Lusiya Berlinin "Ev işçiləri üçün bələdçi" adlı hekayələr toplusundakı 5 hekayə əsasında film çəkmək niyyətində olduğunu bildirib. Artıq ssenari üzərində işə başlayan rejissor çəkilişlərin başlanma tarixi haqqında heç bir məlumat verməyib.

Qeyd edək ki, bu film Almadovarın ingilis dilində çəkəcəyi ilk film olacaq.

# 1837 dəfə oxunub

Müəllifin son yazıları

# # #