Obamanın həyat yoldaşı seriala çəkilir

Obamanın həyat yoldaşı seriala çəkilir
17 yanvar 2020
# 14:38

ABŞ-ın eks prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama universitet tələbələrinin məktəbə öyrəşmə prosesini analiz edən 6 hissəli bir serial layihəsi ilə ekranlara gəlməyə hazırlaşır.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Ağ evdən ayrıldıqdan sonra yazdığı “Olmaq” adlı səsli kitabı ilə “Qremmi" namizədi olan Mişel Obama yeni bir layihəyə imza atmağa hazırlaşır. Forbersin verdiyi xəbərə görə Obama “A Year of Firsts” adlı şou ilə ABŞ-ın 4 əyalətindəki 4 universitetdə tələbələrin məktəb həyatına öyrəşmə prosesini analiz edəcək.

6 hissəli serial tələbələrin yaşadığı iqtisadi çətinliklərdən ruhi sağlamlığına və akademik stresslərə qədər hər şeyi əhatə edəcək.

# 1940 dəfə oxunub

Müəllifin son yazıları

# # #