#

Koppola yeni filmə başlayacaq

Koppola yeni filmə başlayacaq
1 sentyabr 2021
# 18:30

Amerika rejissoru Frensis Ford Koppola yeni film çəkəcəyi barədə açıqlama verib.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, Koppola 2022-ci ildə ekranlaşdırmaq istədiyi “Meqapolis” adlı filminin çəkililşlərinə başlayacağını bildirib. O, bunun üçün öz şəxsi hesabından 100 milyon dollar xərcləməyə hazır olduğunu da qeyd edib.

Ssenarisi 1980-ci ildə yazılan film fantastik janrda olacaq.

Filmdə baş rolları Oskar Ayzek, Forest Uitaker, Keyt Blanşett, Mişel Payfer və Cesika Lenq oynayacaq.

# 1375 dəfə oxunub

Müəllifin son yazıları

# # #