Gülyanaq Məmmədova uşaqları ilə filmə çəkildi - Video

Gülyanaq Məmmədova uşaqları ilə filmə çəkildi - Video
8 may 2020
# 12:41

Xalq artisti Gülyanaq Məmmədova dövlət televiziyasının “Ana və Poçtalyon” poeması əsasında ekranlaşdırdığı qısametrajlı filmdə əsas rollardan birinə çəkilib.

Bu barədə Kulis.az-a açıqlama verən Xalq artisti ekran işinin onun aktrisa kimi ilk təcrübəsi olduğunu qeyd edib: “Filmin ideya müəllifi Etibar Babayev və Elnur Məmmədov bizim Heydər Əliyev Sarayında solo konsertimizi çəkmişdi. Bundan başqa bir neçə işbirliyimiz olub. “Kinoklub”da bilirsiniz ki, fəaliyyət göstərmişəm. Etibar Babayev o çəkilişlərdə aktrisalıq qabiliyyətimi hər zaman yüksək dəyərləndirirdi. Filmə çəkilməklə bağlı təklif də Etibar Babayev tərəfindən gəldi. Mən də məmnuniyyətlə qəbul etdim. Uşaqlıqdan aktrisalığa böyük həvəsim vardı. Film bilirsiniz “Ana və Poçtalyon” poeması əsasında çəkilib. Tərəf müqabilim Xalq artisti Ənvər Sadıqovdur. Filmdə Həmidə Ömərova, Məbud Məhərrəmov kimi dəyərli sənətkarlarla tərəf müqabili oldum.”

Gallery

Çəkilişlərdən böyük zövq aldığını bildirən Xalq artisti filmdə övladlarının da çəkildiyini qeyd edib.

Gallery

Qeyd edək ki, AzTV-nin Qələbə günü münasibəti ilə “Ana və Poçtalyon” poeması əsasında ekranlaşdırdığı qısametrajlı film may ayının 9-da dövlət televiziyasında yayımlanacaq.

Gallery

Filmin ideya müəllifi Etibar Babayev, rejissoru Elnur Məmmədovdur. Filmdə Xalq artisti Həmidə Ömərova ana obrazını canlandırıb. Poemanı Xalq artisti Rasim Balayev səsləndirib.

# 3391 dəfə oxunub

Müəllifin son yazıları

# # #