Beynəlxalq qadın filmləri festivalı Gəncədə keçiriləcək

Beynəlxalq qadın filmləri festivalı Gəncədə keçiriləcək
30 iyun 2021
# 11:20

25-29 avqustda Gəncədə II Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, bu il üçün planlaşdırılan layihə daha geniş, beynəlxalq və yerli qonaqların iştirakı ilə keçiriləcək.

Covid-19 pandemiyası ilə əlaqədar ötən ilki festival yalnız onlayn film nümayişləri və regionlarda gənclər üçün film çəkilişi təlimləri ilə yekunlaşmışdı.

Xatırladaq ki, 2020-ci ildən fəaliyyət göstərən festival Aygün Rəşidova, Elmira Əzizxanlı, gənc rejissorlar Leyla Qəmbərli, Afaq Yusifli, Ülviyyə Əhmədova tərəfindən təsis olunub və ölkədə qadın mövzularına fokuslanan sənədli film festivalıdır. Festival Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən dəstəklənir.

No photo description available.

# 1517 dəfə oxunub

Müəllifin son yazıları

# # #