Berqmanın filmi əsasında serial çəkilir

Berqmanın filmi əsasında serial çəkilir
10 iyul 2020
# 16:39

İnqmar Berqmanın filmi serial olur.

Kulis.az xəbər verir ki, Telekanal NVO məşhur isveçli rejissor İnqmar Berqmanın ekranlaşdırdığı “Ailə həyatından səhnələr” adlı filminin ssenarisi əsasında mini-serial çəkəcək.

Serialda baş rolları Mişel Uilyams və Oskar İsaak oynayacaq. Layihənin aparıcısı Hagai Levy həm prodüsser, həm də rejissor kimi fəaliyyət göstərəcək.

İstehsalçılar arasında İngmar Berqmanın oğlu - İsveç rejissoru Daniel Berqman da var.

Xatırladaq ki, Berqmanın eyniadlı filmi 1973-cü ildə çəkilib. Film bir cütlüyün həyatının fərqli mərhələlərini, insan psixologiyasının alt qatlarını əks etdirir.

Serialın çəkilişlərinin payızda başlanılması gözlənilir.

# 2649 dəfə oxunub

Müəllifin son yazıları

# # #