Berlin Film Festivalında faşist qalmaqalı - Mükafat təxirə salındı

Berlin Film Festivalında faşist qalmaqalı - Mükafat təxirə salındı
3 fevral 2020
# 18:41

Bu il təşkil olunacaq 70-ci Berlin Film Festivalının, yaradıcı filmlər üçün nəzərdə tutulmuş Alfred Bauer adına mükafatın verilməsi təxirə salınıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Berlin Film Festivalının ən əhəmiyyətli mükafatlarından sayılan və yaradıcı filmlər üçün nəzərdə tutulan Alfred Bauer mükafatının verilməsi, Alfred Bauerin faşizim dövründə film bürokratiyasında yüksək vəzifə sahibi olduğunun ortaya çıxması səbəbindən təxirə salınıb.

Bu barədə festival tərəfindən sosial mediada gündəmə gələn xəbərlə bağlı açıqlama verilib:

“Araşdırmalar Bauerin faşizm dövründə əhəmiyyətli bir vəzifəsdə olduğunu təsdiqləyir. Bu yeni tapıntıları nəzərə alıb "Alfred Bauer Mükafatı"nı təxirə saldıq”.

# 2863 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #