79-cu Kann Film Festivalı: "Qızıl Palma Budağı" uğrunda kimlər yarışacaq?

79-cu Kann Film Festivalı: "Qızıl Palma Budağı" uğrunda kimlər yarışacaq?
13 may 2026
# 11:30

Kino dünyasının ən prestijli festivallarından olan Kann Film Festivalının açılış günü gəlib çatdı.

Kulis.az xəbər verir ki, bu il 79-cusu keçiriləcək olan Kann Film Festivalı mayın 23-dək davam edəcək.

Cənubi koreyalı rejissor Park Çan-vukun münsiflər heyətinə sədrlik etdiyi 2026 Kann Film Festivalının münsifləri bunlardır: Demi Mur, Xloya Çjao, Rut Neqqa, Laura Vandel, İsaak De Bankole və Dieqo Sespedes.

Ulduz axını və Fəxri "Qızıl Palma Budağı"

Kann Film Festivalının bu axşamkı açılış mərasimi ərəfəsində Fransaya məşhurların axını başlayıb. Festivalın münsiflər heyətinin üzvü Demi Mur Kanna ilk gələnlər arasında yer alıb.

"Üzüklərin hökmdarı" seriyası ilə şöhrət qazanan Elayca Vud da həyat yoldaşı ilə birlikdə Fransaya gəlib. Məşhur aktyor rejissor Piter Ceksona fəxri "Qızıl Palma Budağı" mükafatını təqdim etmək üçün açılış mərasimində iştirak edəcək.

Müstəqil filmlər və əsas müsabiqə proqramı

Digər tərəfdən, bu il müstəqil filmlərin ön planda olduğu Kann Film Festivalının seçkilərində Əsgər Fərhadi, Pedro Almodovar, Pavel Pavlikovski, Ayra Saks, Hirokazu Kore-eda, Laslo Nemes və Ryusuke Hamaquçi kimi məşhur rejissorların yeni filmləri yer alır.

Bu il "Qızıl Palma Budağı" mükafatı üçün Kann Film Festivalında 22 film yarışacaq.

Həmin filmlərin siyahısını təqdim edirik:

"Minotaur" – Andrey Zvyaginsev

"The Beloved" – Rodriqo Soroqoyen

"The Man I Love" – Ayra Saks

"Fatherland" – Pavel Pavlikovski

"Moulin" – Laslo Nemes

"Histoire de la nuit" – Lea Misius

"Fjord" – Kristian Munciu

"Notre salut" – Emmanuel Marre

"Gentle Monster" – Mari Kroyçer

"Nagi Notes" – Koci Fukada

"Hope" – Na Hon-cin

"Sheep in the Box" – Hirokazu Kore-eda

"Garance" – Janna Herri

"The Unknown" – Artur Harari

"All of a Sudden" – Ryusuke Hamaquçi

"The Dreamed Adventure" – Valeska Qrizbax

"Coward" – Lukas Dont

"La Bola Negra" (The Black Ball) – Xavyer Ambrossi və Xavyer Kalvo

"A Woman’s Life" – Şarlin Burju-Take

"Parallel Tales" – Əsgər Fərhadi

"Bitter Christmas" – Pedro Almodovar

# 98 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər