“Xosrov və Şirin” poeması serial olur - Fotolar

“Xosrov və Şirin” poeması serial olur - Fotolar
5 iyul 2021
# 12:14

“Nizami ili” münasibəti ilə dahi şairin “Xosrov və Şirin” poeması əsasında serial çəkilir.

Kulis.azın verdiyi xəbərə görə, klassik süjeti saxlamaq şərti ilə onu modernləşdirən 12 seriyalı ekran əsərinin rejissorları Xəyyam Abdullazadə və Elməddin Əliyevdir.

Ssenarini Xəyyam Abdullazadə və İlqar Fəhmi yazıb.

Baş rolları Rüstəm Cəbrayılov və Kəmalə Piriyeva ifa edir.

Serial Mədəniyyət Nazirliyi ilə İctimai Televiziyanın birgə layihəsidir.

Çəkilişlərin bir ay ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Serial bu ilin sonuna qədər efirə veriləcək.

# 4257 dəfə oxunub

Müəllifin son yazıları

# # #