“Maşa və Ayı” cizgi filmi dünyada ən çox sevilən və əyləncəli brendlərin beşliyinə daxil olub.
Kulis.az rus mediasına istinadən xəbər veriri ki, tədqiqatlar onlayn-müsahibə formatında 43 ölkədən 60 min nəfər arasında aparılıb. Tədqiqatlar nəticəsində “Maşa və Ayı” cizgi filminin uşaqlar arasında ilk beşliyə daxil olduğu məlum olub.
Qeyd edək ki, “Maşa və Ayı” cizgi serialı 2019-cu ildə 10 yaşını qeyd edib. Film dünyanın 39 dilinə tərcümə olunub. Cizgi filminin “YouTube” kanalında rus, ingilis, ispan və portuqal dilləri üzrə baxış sayı 10 milyonu keçib.