“Görünməyən düşmən” adlı film yayımlanacaq

“Görünməyən düşmən” adlı film yayımlanacaq
4 may 2020
# 18:03

Mayın 5-də Azərbaycanın İctimai Televiziyası “Görünməyən düşmən” adlı sənədli film yayımlayacaq.

Kulis.az xəbər verir ki, film koronavirus pandemiyasına həsr olunub. Filmdə bir sıra məşhur azərbaycanlıların mövcud vəziyyətlə bağlı fikirləri, həmçinin həkimlərin karantin dövründə nə edəcəyimiz barədə tövsiyələri yer alıb.

Sənədli filmdə həmçinin koronavirusla mübarizə aparan tibb işçiləri xəstəliyə yoluxan xəstələrin simptomları haqqında danışacaqlar.

Qeyd etmək lazımdır ki, film çərçivəsində Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması istiqamətində atılan uğurlu addımlar da işıqlandırılıb.

# 1688 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #