Hәqiqәtmi bu xilqәt, әfsanәmi... - Məhəmməd Hadi ŞEDEVRİ

Hәqiqәtmi bu xilqәt, әfsanәmi...  - <span style="color:red;">Məhəmməd Hadi ŞEDEVRİ
12 mart 2017
# 12:00

Kulis.az unudumaz şairimiz Məhəmməd Hadinin şedevrlərindən hesab olunan “Təraneyi-qəmpərvəranə” şeirini təqdim edir.

Cahanә gәlmәdә mәqsәd nәdir insanә, bilmәm ki?

Hәqiqәtmi bu xilqәt, yoxsa bir әfsanә, bilmәm ki?

Mәn idrak etmәdim dünyayә gәlmәkdәn nәdir hikmәt,

Yaratmaqdan nәdir hikmәt bizi sübhanә, bilmәm ki?

Mücәssәm bir xәyalә bәnzәyir timsalı imkanın,

Neçin dildadeyi-şövqüz xәyalistanә, bilmәm ki?

Kitabi-kainatın sirri heyrәtbәxşi-imandır,

Bu sirri kәşfә yoxdur yol neçin imanә, bilmәm ki?

Bütün zәrrati-alәm mәzhәri-әsrari-qüdrәtdir,

Bunun hәllindә acizdir neçin fәrzanә, bilmәm ki?

Düşündükcә fәcayegahi-dәhrin hali-dilsuzun,

Neçin aşiq olur dәrdü әlәm vicdanә, bilmәm ki?

Bu zülmabadi-giytidә fәqәt bir namı var әdlin,

Olurmu әdl ilә mәmur bu viranә, bilmәm ki?

Sitәmpәrvәrlәrin çoxdur müinü yari alәmdә,

Neçin rәhm eylәyәn yox hali-mәzlumanә, bilmәm ki?

Neçin fәxr eylәsin әhrarә zülm etmәklә istibdad?

İlahi, tabәkey bu zülmi-qәddaranә, bilmәm ki?

Cünunpәrvәrlәrin fikri olub alimpәsәndanә,

Neçin mәyubdur rәyi-fәlatunanә, bilmәm ki?

Olubdur müstәbiddan calisi-övrәngi-istiğna,

Neçin zillәt nәsib olmuşdur әhraranә, bilmәm ki?

Ziyavü zülmәti tәmyizә yoxmu dideyi-idrak,

Niyә nuri-hәqiqәt çıxmayır meydanә, bilmәm ki?

Olub arayişi-baği-sәadәt cәhlpәrvәrlәr,

Neçin arif yaşar dünyadә bәdbәxtanә, bilmәm ki?

Hәzaran bülbülan baği-fәnadә nalәpәrvәrdir,

Nә mәcbur eylәmişdir bunları әfğanә, bilmәm ki?

Nәsibi xuni-dildir bu fәna mülkündә әhrarın.

Әcayib bir müәmmamı bu tilsimxanә, bilmәm ki?

Ürәk al qanә dönmüş, Hadiya, hüzni-ümumidәn,

Bu hüznü bәxş edәn kimdir dilü vicdanә, bilmәm ki?

# 971 dəfə oxunub

Müəllifin son yazıları

# # #