Bu şairlərin ölümünə qarışmayın – Salam Sarvandan qeyri-adi reaksiya

Bu şairlərin ölümünə qarışmayın – Salam Sarvandan qeyri-adi reaksiya
10 aprel 2019
# 11:12

Kulis.az tanınmış şair Salam Sarvanın Musa Yaqubun müalicəsi ilə bağlı fikirlərini təqdim edir.

“İndi Musa Yaqubun dünyadan ən gözəl gedər vaxtlarıdı. Allah istəsə, qoy getsin, dəyməyin ona... Onu çox gövrəltməyin, ümumən, yolasaldı ovqatı bağışlamayın ona. Guya səlahiyyət yiyələrindən Musa Yaqubçün aldığınız ömür nə qədər olacaq ki?... Ümumən, dünyada şairlər, adətən, 40 yaşa qədər ölüb-bitirlər, burda problem yoxdur. Eyni sözlər Vaqif Bayatlının ömrünə də aiddir. Mümkünsə, bu şairlərin ölüm prosesinə qarışmayın (onların sağlığında heç nə eləmədiniz demirəm hələ). Vallahi, anlayıram ki, insan ömürdən doymaz, amma orası çatmır mənə ki, şairi niyə zorla Allahın əlindən almaq istəyirsiniz, bu sizin nəyinizə lazımdı? Və ya sizin zorla almaq istədiyiniz ömür Musa Yaqubun nəyinə lazımdı, onsuz da, 80 yaş civarı balaca ömür deyil...”

# 2843 dəfə oxunub

Müəllifin son yazıları

# # #