Bu nanay müğənni yazıçılara sataşır - ŞƏHRİYARDAN SƏRT ETİRAZ

Bu nanay müğənni yazıçılara sataşır  - ŞƏHRİYARDAN SƏRT ETİRAZ
5 iyun 2014
# 09:58

Müğənni-yazıçı Zəka Vilayətoğlunun öz adına ədəbi mükafat təsis edib. Gənc yazıçı Şəhriyar del Gerani Kulis.Az-a yolladığı müraciətdə Zəka Vilayətoğlunun mükafatını tənqid edir. Müraciəti olduğu kimi çap edirik.

“Nanay” janrında oxuyan hansısa müğənninin öz adına ədəbi mükafat təsis etməsini bütün yaradıcı adamların şəxsinə sataşmaq kimi qəbul edirəm.

Ədəbiyyatı bu şəkildə ələ salmaq tərbiyədən “At yalı” qədər uzaq məsələdi.

Və bu dəyərli mahnı oxuyan dostumuz haqqında mütləq ciddi tədbir görülməlidi.

Adamlar həbsə düşüb beyin çürüdür, bədən çürüdüb xəstəxanaya düşür, dəli olur, baş itirir, “mesni” araqla ağrılarını ovudub ədəbiyyat yaradır ki, “manıs” mükafatı alsın?

Bu nə anekdotdu belə? Yeri-göyü xəlq eləyən kişi cibinə qüvvət versin.

Pulun çoxdu Mirzə Cəlil mükafatı təsis elə, Haqverdiyev mükafatı təsis elə. Yaxşı, ta canım cəhənnəm bu qədər qabağa gəlirsən gəlməyinə “İsa Muğanna mükafatı” qoy adını.

Hələ münsiflər heyətinə baxın. Siz bəlkə də ciddiyə almazsız.

Amma, deyim biləsiz ki, kifayət qədər sarsıdıcı faktdı. Əsəd Cahangiri başa düşmək kifayət qədər asandı, o heç. O vaxtlar, ta qədim zamanlardan danışıram, MKM hələ təzə-təzə yaranan dönəmlərdə Rafiq Tağı haqqında bir cüt cümlə yazmayan adam rep deyən bir qardaş haqqında palaz-palaz məqalələr yazmışdı. Təxminən 52 qəzet səhifəsi.

Bə yaxşı, Elçin Hüseynbəyliyə, Aslan Quliyevə, Vaqif Bəhmənliyə nə gəlib? Bu sənətkarların üst-üstə 168 yaşları var.

Belə bayağı şeylərə necə gedə bilərlər qana bilmirəm.

Bəs bu adamlar nə vaxt ədəbiyyatın, yazıçının, şairin yanında olacaqlar?

Ciddi sözümdü, mən belə işlərin ən yekə qanmazıyam, vəssəlam.

# 2639 dəfə oxunub

Müəllifin son yazıları

# # #