Bəs şairlərimiz şərab haqqında nə deyir? – MƏŞHUR MİSRALAR

Bəs şairlərimiz şərab haqqında nə deyir? – <span style="color:red;">MƏŞHUR MİSRALAR
17 dekabr 2015
# 11:46

Kulis şərab haqqında yazılmış məşhur misraları təqdim edir.

Vaqif, yardan еşit gələn cavabı,

Açaq üzdən, gözdən tamam niqabı,

Gəh-gəh içib sərxоş оlaq şərabı,

Gündə sürək vəhdət ikimiz bеlə.

Vaqif

Ey şəhər müftisi, səndən pərgarıq,

Bunca sərxoşluqa səndən huşyarıq.

Biz şərab içirik, sən xalq qanını,

İnsaf et, hansımız daha qəddarıq.

***

Sabahı bilən yox, olma pərişan,

Çalış, qəlbin dərddən olmasın şan-şan;

Şərab iç, ay üzlüm, ay işığında;

Çox gəzər, ay bizdən tapmaz bir nişan.

Ömər Xəyyam

Saqi, badə gətir, qəm içindəyəm

Qəmdən uzaq olan söhbət olaydı...

Aşıq Əyyub

Sənə qurban olum, saqi

Mey ver, piyala vaxtıdı

Abbas Tufarqanlı

Vahid, içəcəksən, demə ki, tövbələr olsun,

Cəlb eyləyər axır səni meyxanə, tələsmə.

Vahid

İstəyirsən ki, əgər hər yerə dəvət olasan,

Başla meyxanəni, çal dünbəyi, nuş eylə şərab.

***

Əgərçi çami-mey rahətfəzadır,

Vəlakin yarsız içmək xətadır

***

Çəkməyin Seyyidi laməzhəbi meyxana sarı

Kafiri Kəbə ara hansı müsəlman aparır

Seyid Əzim Şirvani

Şərab ola mən olam, bir də nazlı dilbər ola,

Bir özgə aləmi vardır, əgər müyəssər ola.

Büsatı-badədə hal əhlinin fədası olum,

Şərabı qal ilə icməəgər peyəmbər ola.

***

Hələ Vahid, meyə meyl eyləmə , qoy gəlsin o gül ,

Yarsız yerdə mey içmək bizə nöqsan olacaq.

Vahid

Haqq meyi islama haram buyurmuş,

Dərd tüğyan edəndə mey içmək olar.

Aşıq Ələsgər

Füzuli cami-mey tərkin qılıb, zöhd ilə təqvadən

Qamu danayə rövşəndir bu kim, nadanlığım vardır.

Füzuli

Qamçısını atdı sola,

Çantasını çəkdi dala.

Şirin-şirin, bala-bala

Yüz də vurdu meşəbəyi.

Hüseyn Arif

Dostlar, badələri qaldırın içək!

Gecə, ulduzludur, hava da sərin.

Demirəm məst olub dünyadan keçək…

Deyirəm mehriban düşüncələrin

İsti qücağında qızınaq bir az…

Səməd Vurğun

# 22494 dəfə oxunub

Müəllifin son yazıları

# # #