Milli qəhrəmanımızın yazdığı məşhur şeir – Bazar Oxusu

Milli qəhrəmanımızın yazdığı məşhur şeir – <span style="color:red;">Bazar Oxusu
14 aprel 2019
# 11:01

Bu gün 1991-ci ilin vertolyot hadisəsində həlak olan Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin doğum günüdür. Kulis.az bu münasibətlə onun 90-cı illərdə çox məşhur olan “Dəli bir ağlamaq keçir könlümdən” şeirini təqdim edir.

Baxıram dünyanın bu gərdişinə,

Dəli bir ağlamaq keçir könlümdən.

Fələk rəvac verdi namərd işinə.

Dəli bir ağlamaq keçir könlümdən.

Torpaqda haqqı var axan qanın da,

Bir nərin qolları düşüb – yanında,

Müqəddəs Şəhidlər Xiyabanında,

Dəli bir ağlamaq keçir könlümdən.

Yanmadım ömrümdən keçən illərə,

Baxıb məzarımda solan güllərə,

Söykəyib üzümü qərənfillərə,

Dəli bir ağlamaq keçir könlümdən.

Dünyanın sükutu bu daş qəfəsdə,

Köksümdə qövr edib hıçqıran səsdə.

Toy libası geymiş bu qəbrin üstə,

Dəli bir ağlamaq keçir könlümdən.

Mənası bir imiş toyun, yasın da,

Bu qara zülmətin ağ libasın da.

Durub haqq evinin astanasında

Dəli bir ağlamaq keçir könlümdən.

Bu qəlbim ovunmaz sınıq saz kimi,

Dərd də gülə-gülə gəldi, yaz kimi ,

Allaha, Tanrıya etiraz kimi

Dəli bir ağlamaq keçir könlümdən.

# 2389 dəfə oxunub

Müəllifin son yazıları

# # #