Sevişmək azadlıq hayqırışı – Ulucay Akifdən YENİ ŞEİR

Sevişmək azadlıq hayqırışı – Ulucay Akifdən YENİ ŞEİR
2 oktyabr 2017
# 11:31

Kulis.Az Ulucay Akifin “Ruhun nəğməsi” adlı yeni şeirini təqdim edir.

Sevmək - ruhumuzun

bədən adlı zindana qarşı üsyanıdır.

Sevişmək - ruhumuzun

ilk azadlıq hayqırışı.

Payız küçənizi kəssə də bu gecə,

küləyin əlindən tutub rəqs et səssizcə.

Akvariumdakı kiçik balığın

qulağına da pıçılda ki:

"bu gün sevgi məni rəqsə qaldırdı".

Yağan yağışlara qucağını aç və gülümsə,

qoy yağış silsin qəlbindən bütün izləri.

Payızı görüb buraları tərk edən quşlara da de ki,

o boz buludların arxasında

sapsarı bir Günəş gizlənir.

Sevmək - ruhumuzun

bədən adlı zindana qarşı üsyanıdır.

Sevişmək - ruhumuzun

ilk azadlıq hayqırışı.

Yaza bilmədiyim

bütün gözəl sözlər

öpsün saçlarından...

# 903 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #