Şəhriyardan Yeni Şeir

Şəhriyardan <span style="color:red;">Yeni Şeir
20 aprel 2019
# 13:29

Kulis.az şair Şəhriyar del Geraninin yeni şeirini təqdim edir.

Bir qərib axşamçağında dost oldu mana ağaclar,

daşlar məni tanısaydı, böyləcə susmazdı quşlar,

ömür bəlkə hər gün bitər, doğar gün sevdalar başlar,

gözün yaşına döndüysə, suyun da günahı var.

Gör neçə müddət olalı, yuxumnan atlar keçəli,

gül dolar saçın ətrinə, ruhum qanadlar uçalı,

eşqi Leyla olan kəsin cismi səhraya köçəli

hər itin-qurdun yanında utanlacaq ahı var.

Üşümək eyni küləyə, islanmaq eyni yağışa,

eyni duada gülüşmək, tutulmaq eyni qarğışa,

Yox e... innən sora sənnən çətin ki könlüm barışa,

Bu ömür alınmadı...

20 aprel, 2019. Kiev

# 2569 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #