26 fevral 1992 - Böyüklər kimi öldürülürdü çocuqlar

26 fevral 1992 - Böyüklər kimi öldürülürdü çocuqlar
26 fevral 2019
# 09:30

Bu gün Xocalı faciəsindən 27 il ötür. Kulis.az bununla əlaqədar şair Aqşin Yeniseyin “26 fevral 1992” şeirini təqdim edir.

Sudan keçərkən adamlar

Aldatmaq üçün düşməni

Kişiyə oxşadı su

Qadına oxşadı su

Qarışdı kişi və qadın sular

Su gözlü çocuqlar doğdu çay.

İlk dəfə deyildi ki,

Böyüklər kimi öldürülürdü çocuqlar

Balaca cənazələri

Böyüklərin cəsədləri arasında

Bir “və” bağlayıcısı

Dəhşət önündə

Səsə çevrildi çocuqlar

çocuq səsin, səs çölün içində gizləndi

Səs çölün balasıydı

Sonsuzdur səssiz çöl!

Çocuq qadının, səs çölün balasımı?

Balası...

Çocuq və səs

Görən hara getdilər bəs?

Çöl və qadın

Qan izinə üz tutub

Gəzər balalarını

Qan izi ümid yoludur.

# 1983 dəfə oxunub

Müəllifin son yazıları

# # #