“Deşik-deşik dünyaya” – Elzadan yeni ŞEİR

<b>“Deşik-deşik dünyaya” – Elzadan yeni</b> <span style="color:red;">ŞEİR
26 sentyabr 2017
# 10:27

Kulis.az Elza Seyidcahanın “Deşik-deşik dünyaya” adlı yeni şeirini təqdim edir.

Qazanım daşdı

Kəfini yedim

Qapağını açdım

Üzünü yedim.

Qarışdırıb içini yedim

Yedim, yedim

Dibini yedim.

Qazıb, qazıb deşdim dibini

Qazanın.

Kəfkirim azıb

Dibi deşik qazandan

Çıxdı havaya,

Mən də baxdım

Kəfkirdən

Deşik-deşik dünyaya.

Qonaq olduq

Həsrətini çəkdiyim

Röyaya.

Buzlanmış şaxtadan beynim

İsti şorbayadır meylim.

Köhnə saat kəfkiri

Çalırdı tamam.

Təzə dərdin yaşları

Burnumdan daman.

Günahlarımı içimdə

Mən boğan adam.

Köhnə saat kəfkiri

Vur, vur

Vur əqrəbi

Çalsın, çalsın.

Saniyələr səs salsın

Burnum axır

Fürsər baxır,

Köhnə çaxır

Vaxt yetişir

Kəfkir vurur tamamı,

Əqrəb çalır zamanı

Səs düşəndə axanı

Çəkin, udun,

Silin, atın

Burnunuzdan pisləri

Köhnə saat kəfkiri

Görür hissləri,

Örtür bizləri.

# 4696 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #