Ölməmişdən qabaq öldürülmüşüm – Rafiq Tağıya ithaf

Ölməmişdən qabaq öldürülmüşüm – <span style="color:red;">Rafiq Tağıya ithaf
19 noyabr 2016
# 10:00

Kulis.Az Haqqararın Rafiq Tağıya həsr etdiyi şeiri təqdim edir.

2011-2016 - 5 il Rafiq Tağısız

Avropa bizdə lüks oteldi azı

Avropa və Biz də beşulduz yazı

ey Qloballığın ən Qaçılmazı

mübarək sayğacın beş ildi yazır

Aşıq ha köynəkdən çıxarsın sazı

sakit okeandı Kürlə Arazım

sən sahibi qaçaq yasaq ərazim

get ey zalım fələk gəlmədi lazım

Beş ildi soyuqlar bu aydan düşür

beş ilin soyuğu bir aya düşüb

min belə beş illər araya düşüb

ölməmişdən qabaq öldürülmüşüm

# 1156 dəfə oxunub

Müəllifin son yazıları

# # #