Ədəbiyyat Müsabiqəsinin ilk mərhələsinin qalibləri açıqlandı SİYAHI

Ədəbiyyat Müsabiqəsinin ilk mərhələsinin qalibləri açıqlandı SİYAHI
16 yanvar 2013
# 16:15

Ədəbiyyat Müsabiqəsinin növbəti mərhələsinə keçən əsərlərin siyahısı açıqlandı. Kulis.Az-ın məlumatına görə yanvarın 11-də Bakı Slavyan Universitetində Azərbaycan Yazıçılar Birliyinin keçirdiyi Ədəbiyyat Müsabiqəsinin Komissiya Heyətinin növbəti iclası keçirilib. Yazıçı Kamal Abdullanın rəhbərliyi ilə keçirilən iclasda ilk öncə Müsabiqəyə təqdim olunan əsərlər arasından növbəti mərhələyə keçid üçün qiymətlənləndirmə prinsipləri müzakirə edilib. Daha sonra ötən ilin sonuna qədər təqdim olunmuş 67 əsər arasından növbəti ikinci mərhələ üçün keçəcək əsərlər açıq səsvermə yolu ilə müəyyənləşdirilib. İki saatdan artıq sürən müzakirə və səsvermədə Kamal Abdulla (Münsiflər Heyətinin sədri), Ramiz Rövşən, Azər Mustafazadə, Əjdər Ol, Salam Sarvan, Səlim Babullaoğlu, Bəstii Əlibəyli və Fərid Hüseyn ( komissiyanın məsul katibi) iştirak ediblər. İkinci mərhələyə keçmiş əsərlərin siyahısını nominasiyalar üzrə diqqətinizə çatdırırq:



Ən yaxşı nəsr əsərinə görə – Yusif Səmədoğlu mükafatına
təqdim edilən kitabların siyahısı



Etimad Başkeçid (“Min yol mənə söylər”)
Alpay Azər (“Şax yeriyənlər”)
Azad Qaradərəli (“Burda Yer fırlanmırdı”)
Zakir Sadatlı (“Əfqanıstan uçurumu”)
Əsəd Qaraqaplan (“Savaş roMAN”)
Varis Yolçiyev (“Yetmiş yeddinci gün”)
Sahilə (“Yuxarı və aşağı ətraflar”)

Ən yaxşı poetik əsərə görə – Əli Kərim mükafatına
təqdim edilən kitabların siyahısı


Vaqif Bəhmənli (“Hamı”)
Aqşin Yenisey (“Yüz qirx yeddi dənə sən”)
Mahir Qarayev (“ Poetik silsilələr toplusu)
Əli Şirin Şükürlü (“Xoşbəxtlik ehtimalı”)
İbrahimxəlil (“Durna diasporu”)
Xanəmir (“Qəvi qövmün qalı”)
İnqilab İshaq ( “Canım sənə desin”)
Narıngül (“Qadın da ağac kimdir”)
Ayişə (“Qaf dağı Anka”)
Feyziyyə (“Mesaj”)
Nurafiz (“Sözün dörd havası”)
Şəhriyar Hacızadə (“Özünü payızdan asan qadın”)
Elvin Bakiroğlu (“Nə sussan, mənə xoşdur”)

Ən yaxşı tənqid və esseistik əsərə görə – Yaşar Qarayev mükafatına təqdim edilən əsərlərin siyahısı

Rüstəm Kamal (“Sözü işığa danışdım”)
Tehran Əlişanoğlu (Tənqid.net. N 7-8”)
Gülşən Əliyeva-Kəngərli (“ Bədii düşüncə”)
Əsəd Cahangir (“Kim yatmış, kim oyaq”)
Qan Turalı (“Polis qorxusuyla öpüşmək”)
Elnarə Akimova (“Yeni təfəkkür və ədəbi tənqid”)
Salida Şaripova (“Janrovoe smeşenie v romane”)


Ən yaxşı tərcümə əsərinə görə – Abbas Səhhət mükafatına təqdim olunan kitabların siyahısı

Vilayət Hacıyev (F.Kafka, “Məhkəmə”, roman)
Ələkbər Salahzadə (M. Selimoviç, “Dərviş və ölüm”, roman)
Mehriban Rzayeva ( M. Əl-Arus-əl Mətvi, “Acı tut”, roman və hekayələr)
İlqar Əlfioğlu (T. Morrison, “Seçilmiş əsərləri”)
Mixail Sinelnikov (Sin Tyurkskaya: Azerbaydjan Severniy i Yujniy v stihah ruskkih poetov)

Publisistika

Ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda Azərbaycan haqqında yazılmış ən yaxşı publisistik əsərə görə – Nəcəf Nəcəfov mükafatına təqdim edilən kitabların siyahısı

Vilayət Quliyev (“İz naslediya politiçeskoy emiqrasii Azerbaydjana v Polshe”, rusca)
İmdat Avşar (“Evliya Çələbinin izində Aəzrbaycan”, türkcə)
Adıgözəl Məmmədov (“Osmanlının çöküşünə Rusiyadan baxış”)

# 2948 dəfə oxunub

Müəllifin son yazıları

# # #