Mən bu şəhəri seçməzdim – SATİRİKDƏN LİRİK ŞEİR

Mən bu şəhəri seçməzdim – <span style="color:red;">SATİRİKDƏN LİRİK ŞEİR
2 iyun 2017
# 16:00

Kulis.az şair Əvəz Qurbanlının yeni şeirini təqdim edir.

Burda bu təzə hamamı,

Köhnə libası kim qoyub?

Bapbalaca adamlara

Bu boyda tası kim qoyub?

Mən bu şəhəri seçməzdim

Bu şəhər məni seçsə də.

Mən bu küçədən keçməzdim

Bu küçə məndən keçsə də...

Ay tak-tuk oyaq səsləri,

Ay tək-tük ayaq səsləri,

Bu üç addımlıq küçədə

Bu üç adamlıq küçədə

Bu basabası kim qoyub?

# 1129 dəfə oxunub

Müəllifin son yazıları

# # #