Aqil Abbas: “Çingiz Abdullayevdən belə aqressiv cavab gözləmirdim”

Aqil Abbas: <span style="color:red;">“Çingiz Abdullayevdən belə aqressiv cavab gözləmirdim”
20 may 2016
# 15:32

“Çingiz Abdullayev özünə yaraşmayan təhqirlə danışır.” Bu sözləri Kulis.Aza açıqlamasında Aqil Abbas deyib.

O bildirib ki, bir yazıçı ilə bu cür danışmaq olmaz: “Şərif Ağayar Azərbaycanda çox tanınan, üzdə olan çox istedadlı yazarlardan biridir. Şərif həm yazıçı, həm də publisist kimi tanınmış qələm adamıdır. Üzdə olan yazıçıya belə deməzlər. Şəxsən Çingiz Abdullayevin cavabı mənə xoş gəlmədi. Çingiz Abdullayevdən belə aqressiv cavab gözləmirdim.”

Aqil Abbas Şərif Ağayarın cavabının yumşaq, təmkinli olduğunu deyib: “Çingiz Abdullayev dostum, hörmət elədiyim adamdır, xalq yazıçısıdır. Şərif də dəyərli yazıçımızdır. Ən çox oxunan yazıçılarımızdan biridir. Adam Yazıçılar Birliyindən çıxa da bilər, buna görə heç kimi təhqir etməzlər.”

# 788 dəfə oxunub

Müəllifin son yazıları

# # #