"Fələk qırmancı" Qubada müzakirə olundu VİDEO

"Fələk qırmancı" Qubada müzakirə olundu <span style="color:red;"> VİDEO
25 aprel 2016
# 12:12

23 apreldə Quba şəhərində “Ay işığı” ədəbi məclisində Qan Turalının "Fələk qırmancı" romanının müzakirəsi keçirillib. Müzakirəni giriş sözü ilə açan məclisin rəhbəri, şair Ramiz Qusarçaylı yazıçının yaradıcılıq yolu, romanın bədii məziyyətləri haqqında məruzə edib.

“Ay işığı” ədəbi məclisinin üzvləri Cavanşir Məmmədov, Rəfiqə Məmmədqızı, Sevinc Məmmədova, Sərvinaz Sərvər, Xaçmaz “Ulduzlar” ədəbi birliyinin sədri Fərzalı Ziyanur, Şabran “Xaqani” poeziya evinin direktoru, şairə Aybəniz Əlyar, qusarlı şairə Məhbubə Ağayeva, Azərbaycan Pedoqoji Universitetinin Quba filialının müəllimi Vüqar Hüseynov, tələbələr-Abbasova Xəyalə, Mustafayeva Aytac, Hüseynov Anar, İmanquliyeva Çinarə, Hüseynova Sərvinaz, Xəyal TV-nin əməkdaşları Xanım Məmmədova, Aytac Quliyeva, Gülşən Adıgözəlova, Səbriyyə Rzayeva, Əli Hacıyev. Çingiz Qədimov, Kürçaylı Məmmədli çıxış edərək roman haqda mülahizələrini bölüşüb, suallar veriblər.

Müzakirənin sonunda müəllif oxucuların kitablarını imzalayıb.

Qan Turalının "Fələk qırmancı" romanı "Azərbaycan Yaradıcılıq Fondunun Kitabxanası" seriyasından çap edilib.

# 1115 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #