Kulis Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin tələbəsi Nisə Rəhimovanın “Papaq” hekayəsini təqdim edir.
İndi də kəndin kişiləri gözünü İmana zilləmişdi. İman bu baxışların nə ilə qurtaracağını yaxşı bilirdi. Hər göz bir söz deyirdi ona: “Qeyrətinə sahib çıxa bilmədi, yaxşı kişi olsaydı arvadı onu qoyub getməzdi və s.” Bu qədər sözü sinəyə çəkmək hər kişinin işi deyildi. Üstəlik kəndin uşaqdan-böyüyə kimi hamıya kişilik dərsi keçən adam üçün...
Əlini asta-asta başına doğru apardı. İllər boyu əl üstündə saxladığı arvadını sığallayırmış kimi papağına iki dəfə sığal çəkdi. Sonra ani bir hərəkətlə papağı başından çıxardıb yerə çırpdı. İndi onun papağının da taleyini yerə çırpılan papaqların taleyi gözləyirdi. İman bunu yaxşı başa düşürdü. Amma onu da bilirdi ki, papağı özü başından çıxartmasaydı mütləq bir kişi ortaya çıxıb papağı İmanın başından götürüb yerə çırpacaqdı.
- Ülgüc dəyməyən üzünü, torpağa qoyan oğullar... – Günün şeiri
- Azərbaycanlı repçi 19 yaşlı qızı qaçırıb? - İddia
- Qarabağla bağlı rəsm müsabiqəsi elan olundu
Bayaqdan olanlara göz qoyan Nəbi camaatdan aralanıb İmanın qarşısında dayandı. Bir papağa, bir İmana baxdı. Əyilib papağı götürdü, tozunu çırpıb təzədən İmanın başına qoydu. İmanın gözləri doldu. Bir ay bundan qabaq o özü Nəbinin papağını başından götürüb yerə çırpmışdı.