Rasim Qaracadan şok ittiham: ““60-cılar” cinayətkar nəsildir”

Rasim Qaracadan şok ittiham: ““60-cılar” cinayətkar nəsildir”
14 fevral 2014
# 18:03

Kulis.Az-ın keçirdiyi "Azərbaycan ədəbiyyatında 3 ən yaxşı roman hansıdır?" sorğusu ilə bağlı polemika davam edir. Sorğunun nəticələri ilə bağlı Rasim Qaraca sosial şəbəkədə kollaj paylaşıb.

Bu haqda Kulis.Az-a danışan Rasim Qaraca tərəzinin sol gözündəki şair, yazıçıların mənəvi iflasa uğradığını bildirdi: “Qısaca ifadə etsək kollajın mesajı belədir: “60-cılar” ədəbi nəsli ədəbiyyat tarixi baxımından ən cinayətkar nəsildir. Bilavasitə dədələrinin qucağında ədəbiyyata gəlmiş bu insanlar ədəbiyyatımızın inkişafına elə dədələri qədər və daha böyük zərbə vurublar. Ədəbiyyatımızı əsl, gerçək dəyərlər yolundan sapdırmış, ikinci dərəcəli olduqları halda önə çıxmış və öz arxalarınca ədəbiyyata ikinci dərəcəlilər eşalonunu gətiriblər. Mən də daxil olmaqla, yeni nəsil yazarlar bu ədəbiyyat saxtakarlığını ifşa etmişik və ortaya ciddi əsərlər, istər şeir, istər nəsr, qoymuşuq. Artıq, tərəzinin sol gözündəki yazıçı, şairlərin mənəvi iflasa uğradığı göz önündədir. Son kitabımla, mən öz adımdan yeni nəslin qələbəsini elan edirəm, bu bizim ilk qələbəmiz deyil və son qələbəmiz də olmayacaq”.

Kollajda adı keçən yazıçı və şairlərin də mövqeyini dərc etməyə çalışacağıq.

# 2590 dəfə oxunub

Müəllifin son yazıları

# # #