Belə payız olarmı - yayın içinə girib – ŞEİR

Belə payız olarmı - yayın içinə girib – <span style="color:red;">ŞEİR
2 sentyabr 2016
# 12:19

Kulis.Az Nazim Əhmədlinin “Bakı payızı” payızı şeirini təqdim edir.

belə payız olarmı,

yayın içinə girib;

belə bulud olarmı,

Ayın içinə girib;

belə yağış olarmı,

beş-onca damcısı var;

belə külək olarmı,

buz kimi qamçısı var;

belə baxış olarmı,

yanağı pörtdü, getdi;

çağırdım, dönə o qız,

üzünü örtdü, getdi;

belə görüş olarmı,

dilim-ağzım qurudu;

belə sevgi olarmı,

o qız evdə qarıdı;

belə ömür olarmı,

saçıma ağ gəlibdi;

belə payız olarmı,

yaman bivaxt gəlibdi.

# 922 dəfə oxunub

Müəllifin son yazıları

# # #