Əhməd Şahidov: “Küləklər şəhərinin fitnəkarı” Ən yeni hekayə

Əhməd Şahidov: “Küləklər şəhərinin fitnəkarı” Ən yeni hekayə
17 dekabr 2013
# 08:00

Kulis.Az Əhməd Şahidovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Küləklər şəhərinin fitnəkarı” (379 işarə) hekayəsini təqdim edir.

Soyuq qış axşamı idi. Küləklər şəhərinin fitnəkarı gecə-gündüz quyu qazırdı. Sonuncu qazdığı quyu çox dərin olmuşdu, 3-4 gün idi ki, qazırdı. Əziyyətinin bəhrəsini görəcəyinə əmin idi. Elə işini bitirib göz ucu quyuya boylanmaq istəyirdi ki, qəfil qopan tufan onu vurub elə həmin quyuya saldı. Çox çabalasa da, kimsə köməyinə gəlmədi. Sulu qar ilə müşahidə olunan külək ətrafdakı torpağı sovurub quyuya doldurdu. Fitnəkar öz quyusunda boğuldu.

# 1759 dəfə oxunub

Müəllifin son yazıları

# # #