Küləklər qəbrimi xaraba qoyub, başdaşım yellənir məzarım üstə

Küləklər qəbrimi xaraba qoyub, başdaşım yellənir məzarım üstə
5 iyun 2013
# 13:09
Kulis.az məşhur jurnalist Anar Yusifoğlunun şeirini təqdim edir.
Mənim məzarımda sahibsiz çiçək,
sığmısan daşımın kölgəsinəmi?
tək-tənha gəlmisən məzarım üstə
mənim kədərimə üşümürsənmi?
küləklər qəbrimi xaraba qoyub
başdaşım yellənir məzarım üstə
bu tənha məzarın adı da ağır...
bu tənha məzarın qulağı səsdə
quşların şən səsi-civiltisinə
bir doğma adamın isti səsinə
bir sığal istəyir, adi bir sığal...
# 3372 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #