Anar Nəriman Əbdülrəhmanlının istefasına münasibət bildirdi

Anar Nəriman Əbdülrəhmanlının istefasına münasibət bildirdi
12 iyun 2014
# 12:28

“Biz heç kimi məcbur üzv etmirik. Kim istəyir üzv olur, kim istəyir istefa verir. Biz heç kəsi nə dəvət edirik, nə də çıxarırıq. Əgər Nəriman Əbdülrəhmanlı bu cür çıxmağı lazım bilirsə, xoş gəldi, lap yaxşı”. Xalq yazıçısı Anar Nəriman Əbdülrəhmanlının AYB-dən istefası ilə bağlı APA-ya açıqlamasında belə deyib. O, bildirib ki, birliyə üzv olmaq könüllüdür.

Anar əlavə edib ki, N.Əbdürrəhmanlının qurultay nümayəndəsi seçilməməsi texniki yanlışlıq ola bilər: “İdarə Heyətinin üzvləri birbaşa nümayəndə olurlar. Görünür, bu texniki məsələdir. Mən zəng edib deyəcəyəm ki, onun adını daxil etsinlər. Sonra çıxar, özü bilər”.

Birlik sədri N.Əbdülrəhmanlının AYB-nin tədbirlərinə dəvət almamasına da münasibət bildirib. O qeyd edib ki, Yazıçılar Birliyindəki tədbirlər üçün heç kimə ayrıca dəvət göndərilmir: “Tədbirlərin elanı “Ədəbiyyat qəzeti”ndə çap olunur. Qəzeti alsınlar, buyurub gəlsinlər. 1600 üzvə bir-bir dəvət göndərə bilmərik”.

Qeyd edək ki, iyunun 17-də AYB-nin qurultayı keçiriləcək.

# 2243 dəfə oxunub

Müəllifin son yazıları

# # #