"Daş yuxular" Ermənistanda satış rekordları qırır

"Daş yuxular" Ermənistanda satış rekordları qırır
8 iyul 2013
# 09:03

Yazıçı Əkrəm Əylislinin qalmaqallı "Daş yuxular" romanı 3 aydır Ermənistanda "ən çox satılan kitablar" siyahısında qalmaqda davam edir.

"Armenpress" xəbər agentliyinin iyulun əvvəlində yaydığı məlumata görə, aprelin 9-da Yerevanda çap edilmiş "Daş yuxular" hazırda siyahıda 5-ci yerdədir. (Çap ediləndən dərhal sonra roman bestseller siyahısının ilk pillələrinə qalxmışdı. Romanın "Graber" nəşriyyatında buraxılan tərcüməsi 1-ci, "Edit print" nəşriyyatında buraxılan tərcüməsi isə siyahıda 3-cü idi).

İyulun əvvəlinə olan siyahıda "Daş yuxular"dan əvvəl Paulo Coelhonun "Kimyagər" (1), Gabriel Garcia Marquez-in "Mənim kədərli fahişələrim" (2), Moskvada yaşayan erməni yazıçısı Mark Arenin "Yabanı qızılgüllərin açdığı yerdə" (3) romanları və orta əsr erməni ədəbiyyatının nümunəsi olan "Narek" gəlir.

Ə. Əylislinin romanından sonrakı yerdəsə Ekzüperinin "Balaca şahzadə"si qərarlaşıb.

Ötən ilin sonunda Rusiyanın "Drujba narodov" jurnalının saytında çap edilən "Daş yuxular" Azərbaycanda böyük qalmaqala səbəb olmuşdu. Yazıçı Azərbaycan xalqını aşağılamaqda, erməniləri isə əksinə ucaltmaqda ittiham edilmiş, "xalq yazıçısı" adından məhrum edilmişdi.

Oxuzalı.az

# 2040 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #