Tbilisidə “Molla Pənah Vaqifin şeirləri” kitabı çap olunub

Tbilisidə “Molla Pənah Vaqifin şeirləri” kitabı çap olunub
25 oktyabr 2017
# 17:45

Tbilisidə gürcü və Azərbaycan dillərində “Molla Pənah Vaqifin şeirləri” adlı kitab işıq üzü görüb.

APA-nın yerli bürosunun məlumatına əsasən, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə çap olunmuş kitabın tərcüməçisi və tərtib edəni Mirzə Məmmədoğlu, redaktoru Rafiq Hümmətdir.

Kitabda M.P.Vaqifin gürcü dilində nəşr olunan kitablardakı, eləcə də jurnal və qəzetlərdə dərc olunan və həm də orijinal şeirləri yer alıb. Kitab Azərbaycan prezidenti İlham Əliyevin “Molla Pənah Vaqifin anadan olmasının 300 ilik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli sərəncamına əsasən çap olunub.

Kitabın Tbilisidə və Bakıda təqdimatının keçirilməsi planlaşdırılır.

# 983 dəfə oxunub

Müəllifin son yazıları

# # #