Azərbaycanlı aktrisadan türkcə kitab FOTO

Azərbaycanlı aktrisadan türkcə kitab <span style="color:red;">FOTO
10 aprel 2015
# 10:40

Aprelin 12-i saat 16-da Park Bulvarda yerləşən "Ali and Nino" kitab mağazasında gənc aktrisa Gülay Hüseynovanın türkcə çap olunan “P.S. Zaten boyun da küçüktü...” kitabının imza günü keçiriləcək.

Kulisin məlumatına görə, romantik komediya janrında yazılmış kitab türk-azəri sevgisindən bəhs edir. Oxucunu həm həyəcanlandıran, həm kədərləndirən, həm də güldürən məqamlar vardır. Canlı dildə yazılan və səmimiyyəti ilə diqqət çəkən “P.S. Zaten boyun da küçüktü...” roman qısa vaxtda bestsellerə çevrilib.

Kitab həm də Türkiyədə satış üçün nəzərdə tutulub.

# 962 dəfə oxunub

Müəllifin son yazıları

# # #