Dahinin idiot adlandırıldığı MƏKTUB...

Dahinin idiot adlandırıldığı MƏKTUB...
19 iyun 2014
# 10:38

Fransız şairi Bodler həmvətəni, məşhur yazıçı Viktor Hüqonu “idiot” adlandırıbmış. Bodler əvvəllər çap edilməmiş məktublarında Hüqonu belə xarakterizə edib.

Kulis.az-ın “The Guardian” qəzetinə istinadən verdiyi xəbərə görə həmin məktublar Nyu-Yorkda “Christie's” auksion evində satışa çıxarılıb.

Bodler qeyd edir ki, Hüqonun yazdığı səfeh məktublar onu dahilərin “idiot” olması haqda esse yazmağa məcbur edib.

Hərracda eyni zamanda Bodlerin “Şər çiçəkləri” adlı şeirlər kitabı da satışa çıxarılıb. Qeyd edək ki, kitabın ilk nəşrindəki altı şeir mənəvi dəyərlərin təhqirinə görə məhkəmənin qərarı ilə ikinci nəşrdən çıxarılıb.

Bu zaman Hüqo Bodlerin poeziyasını tərifləyib və “Şər çiçəkləri” kitabı ilə bağlı yaranmış qalmaqalda onu müdafiə edib.

Bodler Hüqoya üç şeir həsr eləsə də, araşdırmaçılar onun yazıçını sevmədiyini deyirlər.

# 2388 dəfə oxunub

Müəllifin son yazıları

# # #