Sevinc Paşayeva: “Sevgi, ümid və sədaqət”-Ən qısa hekayə

Sevinc Paşayeva: “Sevgi, ümid və sədaqət”-Ən qısa hekayə
25 dekabr 2013
# 12:00

Kulis.az Sevinc Paşayevanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Sevgi, ümid və sədaqət” (252 işarə) hekayəsini təqdim edir.

Gözlərini açar-açmaz mətbəxdən gələn isti çörək qoxusu qadını karıxdırdı. Ömürlük həbs cəzası almış həyat yoldaşı 6 il sonra evlərində üzünə gülümsəyirdi. Bu illər ərzində yerini dəyişmədiyi, sadəcə iksinə məlum olan ehtiyat açarı xatırlayanda artıq bir neçə dəqiqə keçmişdi. Süfrə hazır idi.

# 2559 dəfə oxunub

Müəllifin son yazıları

# # #