Günay Qənbərova: "Onu həyatda tutan kəlmə" Ən qısa hekayə

Günay Qənbərova: "Onu həyatda tutan kəlmə" Ən qısa hekayə
24 dekabr 2013
# 20:00

Kulis.Az Günay Qənbərovanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Onu həyatda tutan kəlmə” (452 işarə) hekayəsini təqdim edir.

Artıq qaranlıq və boşluq onu alıb ağuşuna aparırdı. Bunu həm özü, həm də 2 körpəsi çox yaxşı anlayırdı... O boşluqdan gələn səs:

- Ana, nə olar, bizi tək buraxma... Biz sənsiz qala bilmərik... Anamı istəyirəm, anaaaaaa...

- Bu səs gözlərinə çökmüş soyuq zülmətə dünyanın ən isti nəfəsini gətirdi. -Yooox, mən qayıdacağam, axı körpələrimi doyunca öpməmişəm, ətirlərini ciyərimə çəkməmişəm, qayıtmalıyam, onlarla doyunca oynamamışam. Onları kiməsə ümid ola bilmərəm. Belə tez ölə bilmərəm...

Var gücünü toplayıb gözlərini açdı...

# 3026 dəfə oxunub

Müəllifin son yazıları

# # #