Elnur Kəlbizadə: “Cənnətin arxa qapıları”-Ən qısa hekayə

Elnur Kəlbizadə: “Cənnətin arxa qapıları”-Ən qısa hekayə
17 dekabr 2013
# 20:00

Kulis.Az Elnur Kəlbizadənin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Cənnətin arxa qapıları” (405 işarə) hekayəsini təqdim edir.

Qapını döydü-döydü, açan olmadı. Sol əlindəki ülgüclə sağ əlini kəsib divarda onun adını yazmağa başladı.

Qapı açıldı. Nə zamansa sevgilisi olan insan acıqlı-acıqlı ona baxdı: “Divarlarımızı çirkləndirirsən. Sil adımı ordan.”

Göyərmiş sağ əlindən daha qan gəlmirdi. Bu dəfə sol əlini kəsib qanı ilə yazdıqlarını qanı ilə silməyə başladı.

Yaşadıqları günləri xatırladı. Cənnət sanırdı dünyanı. Bu intihar idi. Anladı ki, bütün cənnətlərin arxa qapıları cəhənnəmə açılır.

# 5101 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #