Hələ yerindədir yaxşı ki dağlar - ŞEİR

Hələ yerindədir yaxşı ki dağlar - ŞEİR
4 iyun 2018
# 16:45

Kulis.az şair-publisist Qorxmaz Şıxalıoğlu tanınmış şair Musa Yaquba həsr etdiyi şeiri təqdim edir.

Bulud meşələrin kölgəsi getdi,

Kəsildi palıdı, vələsi getdi,

Ayısı, turacı, dələsi getdi,

Hələ yerindədir yaxşı ki dağlar.

Pozuldu gədikdə dağkəli izi,

Qurudu bulağın dumduru gözü,

Uzaqda, zirvədə bir qartal süzür,

Hələ yerindədir yaxşı ki dağlar.

Kimin gücü vardı söküb apardı,

Meşənin köksünə çöküb apardı,

Daşını çayından çəkib apardı,

Hələ yerindədir yaxşı ki dağlar.

Hələ zirvələrə güc vurmaq olmur,

Ağactək kökündən qoparmaq olmur,

Şükür sənə Allah, aparmaq olur,

Hələ yerindədir yaxşı ki dağlar.

İsmayıllı

15 Mart 2007-ci il.

# 1602 dəfə oxunub

Müəllifin son yazıları

# # #