Hikmət Qasımzadə: “Təhlükəli oyunlar” - Ən qısa hekayə

Hikmət Qasımzadə: “Təhlükəli oyunlar” - Ən qısa hekayə
21 dekabr 2013
# 11:00

Kulis.Az Hikmət qasımzadənin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Təhlükəli oyunlar” (368 işarə) hekayəsini təqdim edir.


Özümü asanda 7 yaşımda idim. Ayılanda ağzıma çay qaşığı salıb qatlanmış dilimi çıxarmağa çalışan qonşu qadının həyəcanını, anamın fəryadını, nənəmin başına döyməsini, dayımın məni qucağına alıb kanalın başında hava almağa aparmasını gördüm və çox sonralar anladım ki, mən uşaq vaxtı belə təhlükəli və axmaq oyunlar oynayıb insanlara ağır zərbə vurmuşam. Anam deyir ki, “Özünü asdığın gün sənin ikinci dəfə anadan olduğun gündür.”

# 1780 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #