Oğuz Ayvaz: “Qaranlıqda gizlənənlər” - Ən qısa hekayə

Oğuz Ayvaz: “Qaranlıqda gizlənənlər” - Ən qısa hekayə
20 dekabr 2013
# 00:00

Kulis.az Oğuz Ayvazın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Qaranlıqda gizlənənlər” (393 işarə) hekayəsini təqdim edir.

Onlar kafedən çıxıb yaxınlıqdakı parka tərəf gedəndə dekabr ayı təzəcə girmişdi. Külək kimsəsiz parkda vurnuxurdu.

Yekəpər dostuna baxıb qımışdı.

-Nədir?

Külək sözləri uğultuya çevirdi. Ucaboy dinmədi. Dostu susdu, başını buladı. Parkdan çıxıb metroya üz tutanda:

- Gəl, - dedi, - qaranlıq tərəflə gedək.

- Niyə?

- Bu vid-fasonda özümüzü kimə göstərək?

Gülüşdülər. Metroya çatanda qəfil bir dilənçi qabaqlarını kəsdi.

-Allah sizi xoşbəxt eləsin! Kömək edin!

# 2283 dəfə oxunub

Müəllifin son yazıları

# # #