Yaz, soruş ki, necəyəm... ŞEİRLƏR

Yaz, soruş ki, necəyəm... <span style="color:red;">ŞEİRLƏR
17 sentyabr 2014
# 13:24

***

Yaz, soruş ki, necəyəm,

Necə unuduluram,

Sən bilmirsən gecələr

Ölümə boğuluram.

Getmisən, soruşmursan,

Necə yaşarsan belə?

Ürəyin əlimdədi,

Ölməmisənmi hələ?

Vecinə deyil sənin

Sınmış qolum, qanadım...

Sən get özgə yoluna,

Mən səni bagışladım.

Arada soruş, görək

Həyatım necə gedir

Soruş ki, yeni eşqin

Səni çoxmu incidir?

Yorğundur həyat şair,

Özün yaxşı bilirsən

İndi gör kimlərləsən

Kimə yalan deyirsən?

Yaz ki, kimsiniz xanım

Mən sizi tanımadım.

Mən də “uyğun bir dillə”,

Özümü yada salım.

Sonra xatırladım de,

Nə çox qocalmısan de...

Yaz, soruş ki, necəyəm,

Necə unuduluram.

Mən də cavab verim ki,

Şair, çox yoruluram...

# 2098 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #