“Anamın kitabı” müsabiqəsinə əsər qəbulu başa çatdı

“Anamın kitabı” müsabiqəsinə əsər qəbulu başa çatdı
2 iyun 2014
# 15:10

Hədəf Nəşrlərinin və Kitabevim.az Kitab Mağazaları Şəbəkəsinin birgə layihəsi olan “Anamın kitabı” ədəbi müsabiqəsinə əsər qəbulu başa çatıb.

Bu barədə Kulis.az-a müsabiqənin Ekspertlər Şurasının sədri yazıçı Cəlil Cavanşir məlumat verib.

“Müsabiqənin şərtlərində qeyd olunduğu kimi, müsabiqəyə əsər qəbulu may ayının 31-də başa çatıb. Hazırda daxil olan əsərlərin müsabiqə şərtlərinə cavab verib-vermədiyini araşdırır, yəni ilkin seçimləri edirik. Müsabiqəyə 50-dən artıq əsər göndərilib. Daha sonra əsərlər ekspertlər tərəfindən qiymətləndiriləcək və “Onluq” (Uzun siyahı) tərtib olunacaq.

İlkin seçimlərdə məlum oldu ki, müsabiqəyə qatılanların böyük əksəriyyəti müsabiqə şərtləri ilə tanış olmayıb. Bu da ekspertlərin işini olduqca çətinləşdirir.

Şəffaflığı və maksimum obyektivliyi təmin etmək üçün şərtlərə uyğun gəlməyən əsərlər birinci mərhələdə müsabiqədən uzaqlaşdırılacaq. Müsabiqəyə populyar və nüfuzlu imza sahibləri qatılıb. Heyf ki, onların bir qismi bizim şərtlərə uyğun gəlmədiyi üçün uzaqlaşdırılacaq.

İyun ayının 15-də müsabiqənin “Onluğ”u açıqlanacaq.”

Qeyd edək ki, «Anamın Kitabı» Ədəbi Mükafatı Hədəf Nəşrlərinin və Kitabevim.az Kitab Mağazaları Şəbəkəsinin birgə layihəsidir. Layihənin ideya müəllifi, AMEA N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Şəmil Sadiq, Münsiflər Heyətinin sədri AMEA-nın vitse-prezidenti İsa Həbibbəylidir.

# 1395 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #